Komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq təcrübəli Lead / Senior dizayner axtarırıq.
Tələblər:
- Dizayner kimi 4-5 illik agentlik təcrübəsi;
- Dizayn proqramlarını (Photoshop, Illustrator, Figma və s.) mükəmməl bilməli, Sİ alətlərindən vizual konseptlərdə effektiv istifadə etmək bacarığı;
- Vizual trendləri və qlobal dizayn standartlarını yaxından izləməli;
- Konseptual düşüncə və vizual kommunikasiyanın təməl prinsiplərinə dərindən bələd olmalı;
- “Out of box” vizual təfəkkürə malik olmalı və portfoliosunda bu cür konseptual işlərin mövcudluğu;
- Böyük brendlər və qlobal markalar ilə işləmək, onların vizual dilini (brandbook/guideline) qorumaq məsuliyyətini anlamalı.
Vəzifə öhdəlikləri:
- Yerli və qlobal markalar üçün kreativ vizual konseptlərin hazırlanması;
- Bütün kommunikasiya məcraları üçün (ATL, Digital, SM, Outdoor, BTL) vizual həllərin yaradılması;
- Sosial media və rəqəmsal kampaniyalar üçün vizual istiqamətin müəyyən edilməsi, icrası və dizaynerlərə istiqamətin verilməsi;
- Rəqəmsal və inteqrasiya olunmuş kampaniyalar üçün kreativ vizual ideyaların verilməsi;
- Konseptlərin təqdimat halına salınması və müştərilərə ideyaların vizual olaraq çatdırılması.
Vəd edirik:
- Qlobal markalar ilə iş təcrübəsi;
- Təcrübə və bacarıq ilə uzlaşan, bazar rəqabətli əməkhaqqı;
- Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu mühit;
- Şəhərin mərkəzində maraqlı işlərə ilhamlandıran ofis.
Əgər axtardığımız dizaynerin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “Dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.