Komandamıza 2 Texniki satınalma mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Müştəri tələblərinə və texniki spesifikasiyalara uyğun avadanlıq seçmək: transformator, KRU, kabel, generator, günəş panelləri, UPS, stabilizator
- Çin və digər ölkələrin istehsalçılarından qiymət sorğusu (RFQ) almaq, təklifləri texniki və kommersiya baxımından müqayisə etmək
- İstehsalçıların sertifikatlarını, tip test hesabatlarını və referanslarını yoxlamaq
- Sifarişləri, istehsal prosesini və zavod sınaqlarını (FAT) izləmək
- Logistika və gömrük üzrə tərəfdaşlarla koordinasiya etmək
- Vendor bazasını yaratmaq və aktual saxlamaq
Tələblər
- Elektrik, enerji və ya elektromexanika mühəndisliyi üzrə ali təhsil
- Satınalma, təchizat və ya texniki satış sahəsində ən azı 2 il təcrübə
- Texniki sənədləri və standartları oxumaq bacarığı: IEC, datasheet, tək xətli sxem
- İngilis dilini sərbəst bilmək; Çin və ya rus dili üstünlükdür
- Incoterms və beynəlxalq ticarət sənədləri ilə tanışlıq
- MS Excel və işgüzar yazışma bacarığı
Təklif edirik
- Əmək haqqı: 1.000 AZN (net)
- Bonus: şəxsən həyata keçirdiyiniz satınalmaların reallaşan dövriyyəsindən 1%
- Sığorta: rəsmi əmək müqaviləsi və sosial sığorta
- İnkişaf: beynəlxalq istehsalçılarla birbaşa iş, Çinə işgüzar səfərlər
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusu: "Texniki satınalma mühəndisi".