İşin Təsviri və Öhdəliklər:
- Hündürmərtəbəli bina layihəsində güc, işıqlandırma, transformator, generator və zəif axın sistemlərinin quraşdırılması zamanı keyfiyyətə nəzarət etmək;
- Sahəyə daxil olan elektrik avadanlıqlarının və materiallarının layihə texniki şərtlərinə və sertifikatlarına uyğunluğunu yoxlamaq;
- Elektrik sistemlərinin test edilməsi (izolyasiya testi, torpaqlama müqaviməti testi və s.) prosesində iştirak etmək və müvafiq aktları imzalamaq;
- Podratçıların işində aşkar olunan elektrik qüsurlarını qeydə almaq və onların normativlərə (MQT / PUE) uyğun şəkildə düzəldilməsinə nəzarət etmək.
Tələblər:
- Təcrübə: Tikinti layihələrində elektrik işlərinin keyfiyyətinə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi;
- Təhsil: Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Proqram Bilikləri: AutoCAD və MS Office proqramları;
- Elektrik test cihazları ilə işləmək və sınaq hesabatlarını oxumaq/tərtib etmək bacarığı.
Şərtlər:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Elektrik üzrə Keyfiyyətə Nəzarət” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!