Medco Hospital Group Medco Hospital Group
  • 716

Medco Hospital Group

Səhiyyə

İnformasiya Texnologiyaları üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya Texnologiyaları üzrə menecer

  • Deadline 19 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya texnologiyaları sistemlərinin fasiləsiz, təhlükəsiz və effektiv işləməsini təmin etmək, informasiya sistemlərinin və rəqəmsal həllərin inkişafına və inteqrasiyasına rəhbərlik etmək, məlumatların məxfiliyini və informasiya təhlükəsizliyini qorumaq məqsədi ilə İnformasiya Texnologiyaları üzrə menecer vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi biznes strategiyasına uyğun olaraq İT strategiyasını formalaşdırmaq, inkişaf etdirmək və icrasını təmin etmək;
  • Mövcud İT infrastrukturunun (serverlər, şəbəkə avadanlıqları, məlumat bazaları, əməliyyat sistemləri və proqram təminatları) idarə olunması və optimallaşdırılması;
  • Yeni texnoloji həllərin araşdırılması, qiymətləndirilməsi və şirkətə inteqrasiyasını təmin etmək;
  • İT layihələrinin (ERP, CRM, daxili sistemlər və s.) planlaşdırılması, icra olunması və nəticələrinin monitorinqini etmək;
  • İT komandasının seçilməsi, idarə edilməsi, motivasiyası və peşəkar inkişafını təmin etmək;
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirləri həyata keçirtmək və nəzarət etmək;
  • Sistemlərin fasiləsiz, stabil və təhlükəsiz işləməsinin təmin etmək;
  • Daxili istifadəçilərin İT ehtiyaclarının təhlili və operativ texniki dəstəyini təşkil etmək;
  • Xarici İT təchizatçıları, podratçılar və texnologiya partnyorları ilə danışıqların aparılması və əməkdaşlığın idarə olunması;
  • Lisenziyalaşdırma, avadanlıq və proqram təminatı satınalmalarına nəzarət etmək;
  • İT üzrə daxili prosedur və standartların hazırlanması və yenilənməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahə üzrə);
  • İT sahəsində minimum 3–5 il, rəhbər vəzifədə təcrübə üstünlükdür;
  • Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür);
  • Şəbəkə texnologiyaları, serverlər, bulud həlləri və informasiya təhlükəsizliyi üzrə biliklər;
  • Layihə idarəetməsi üzrə təcrübə (Agile, Scrum, ITIL və s. üstünlükdür);
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Güclü liderlik və komanda idarəetmə qabiliyyəti.

Təklif edirik:

  • Peşəkar və mehriban kollektiv;
  • Karyera inkişafı imkanı;
  • İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Stabil rəqabətli əmək haqqı

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli Residence
  • İş qrafiki: 5 gün (09:00 – 18:00)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “İnformasiya Texnologiyaları üzrə menecer” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərə bilər. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily123
  • Weekly253
  • Monthly1685