Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya Qeydiyyatçı vakansiyası üzrə iş imkanları təklif edirik.
Vəzifə öhdəlikləri:
- Klinikaya gələn pasiyentlərin qarşılanması və yönləndirilməsi;
- Pasiyentlərin qəbula yazılması, məlumatların program təminatına dolğun şəkildə daxil edilməsi;
- Sığortalı və xüsusi güzəşt qrupuna daxil olan pasiyentlərin qeydiyyatının düzgün aparılması;
- Klinikada göstərilən xidmətlər barədə məlumat verilməsi;
- Xidmətlərə görə ödənişlərin qəbulu və kassanın idarə olunması.
Tələblər:
- Ali və ya Orta ixtisas təhsili;
- Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Ünsiyyətcil və gülərüz olmaq;
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Karyera inkişafı imkanları;
- Stabil iş mühiti;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Korporativ təlimlərdə iştirak;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Qeydiyyatçı” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.