Medicom Ortez və Protez Mərkəzi komandamıza Ortoped Texnik Köməkçisi axtarır.
Təcrübə tələb olunmur!
Uyğun namizədə işə qəbuldan sonra xüsusi təlim keçiriləcək və iş prosesi mərhələli şəkildə öyrədiləcək.
Namizədə tələblər:
- Rus dili biliyi vacibdir
- Öyrənməyə həvəsli və məsuliyyətli olmaq
- Diqqətli və səliqəli işləmək
- Komandada işləmə bacarığı
- Texniki işlərə maraq
Vəzifə öhdəlikləri:
- Ortopedik məhsulların hazırlanması prosesində texniki dəstək göstərmək
- Ortoped texniklərə gündəlik işlərdə kömək etmək
- Material və avadanlıqlarla düzgün işləməyi öyrənmək
- Verilən texniki tapşırıqları yerinə yetirmək
Biz nə təklif edirik?
- Təcrübəsiz namizədlər üçün iş yerində tam təlim və praktiki öyrədilmə
- Peşəkar komandada inkişaf və karyera imkanı
- Potensial və perspektivli əməkdaşlar üçün xaricdə peşəkar təlimlərdə iştirak imkanı
- Ortopedik texnologiyalar sahəsində yeni peşə qazanmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.