Medicom Ortez və Protez Mərkəzi komandamızı genişləndirir və Tibbi Nümayəndə vəzifəsi üzrə yeni əməkdaş axtarır.
Qeyd
- Tibbi nümayəndə sahəsi üzrə təcrübəli və ya tibbi təhsil.
- İşə qəbul olunan əməkdaşa ətraflı təlim keçiriləcək və məhsullarımız haqqında bütün zəruri məlumatlar öyrədiləcək
- Səlis Rus dili biliyi vacibdir
Namizədə tələblər:
- Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür)
- Tibbi nümayəndə kimi iş təcrübəsi olan və ya tibbi təhsilə malik namizədlərə üstünlük verilir.
- Ünsiyyət qurmaq və insanlarla işləmək bacarığı
- Səlis və düzgün nitq
- Aktiv, məsuliyyətli və öyrənməyə həvəsli olmaq
- Komanda ilə işləmək bacarığı
- Tibbi sahəyə maraq
- İşgüzar və səliqəli görünüş
İş öhdəlikləri:
- Mərkəzimizin tibbi məhsul və xidmətlərini həkimlərə və tibb müəssisələrinə təqdim etmək
- Həkim və mütəxəssislərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
- Məhsullar haqqında düzgün və ətraflı məlumat vermək
- Yeni əməkdaşlıqların və pasiyent yönləndirmələrinin yaradılmasına dəstək olmaq
- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Təcrübəniz yoxdursa, narahat olmayın — sizi biz öyrədəcəyik!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.