Vəzifə öhdəlikləri:
- IVD laboratoriya avadanlıqlarının (hematologiya, biokimya, immunokimya və s.) quraşdırılması və istifadəyə verilməsi
- Müştərilərə sistemin istifadəsi ilə bağlı ilkin və davamlı təlimlərin keçirilməsi
- Laboratoriya personalının proqram təminatı və avadanlıqlarla işləməsinə dəstək göstərilməsi
- Quraşdırma sonrası texniki müşahidə və geribildirimlərin toplanması
- Mindray sistemlərinə dair proqram yenilənmələrinin və kalibrləmə işlərinin icrası
- Satış sonrası texniki və tətbiqi dəstəyin təmin edilməsi
Namizədə tələblər
- Təhsil; Tibbi laboratoriya, biotexnologiya, biokimya, mikrobiologiya və ya müvafiq sahədə təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il;
- Laboratoriya avadanlıqları ilə iş təcrübəsi olanlara üstünlük verilir
- Mindray və ya digər IVD sistemlər üzrə əvvəlki təcrübə üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və İngilis dilləri mütləqdir
- Yüksək səviyyədə təqdimat və təlim bacarığı
- İşində məsuliyyətli, dəqiq, operativ, punktual və kollektivdə işləmə bacarığı;
- Səyyar iş rejiminə uyğunluq və xarici ezamiyyətlərə hazır olmaq
İş şəraiti:
- İş yeri; Bakı şəh, Nəsimi rayonu
- İş qrafiki:5 günlük iş rejimi;
- Əmək haqqı: NET 800-1200 azn (nahar şirkət tərəfindən təmin olunur)
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Laboratoriya üzrə mütəxəssis" yazmaqla Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.