Aparıcı İT Auditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı İT Auditor

  • Deadline 15 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı (ofisdə)

Məşğulluq növü: Tam ştat

Megasec informasiya təhlükəsizliyi və İT audit sahəsində fəaliyyət göstərən şirkət olaraq, müştərilərinə İT infrastrukturunun etibarlılığını, uyğunluğunu və təhlükəsizliyini təmin etmək üçün peşəkar audit xidmətləri təqdim edir. Komandamızı gücləndirmək üçün təcrübəli və məsuliyyətli Aparıcı İT Auditor axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkət daxilində və müştərilərdə İT sistemlərinin, proseslərinin və nəzarət mexanizmlərinin auditinin planlaşdırılması və aparılması
  • İT infrastrukturunun, məlumat təhlükəsizliyi siyasətlərinin və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi
  • Audit tapıntılarının sənədləşdirilməsi, risklərin qiymətləndirilməsi və tövsiyələrin hazırlanması
  • Beynəlxalq standartlara (ISO 27001, COBIT, ITIL və s.) uyğunluğun yoxlanılması
  • Audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Kiçik audit qrupuna rəhbərlik və nəzarət
  • Müştərilər və daxili maraqlı tərəflərlə əlaqələrin qurulması və audit prosesinin əlaqələndirilməsi
  • Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tövsiyələrin icrasına nəzarət

Tələblər

  • İT audit, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə minimum 2-3+ il iş təcrübəsi
  • İT sistemləri, şəbəkə infrastrukturu və informasiya təhlükəsizliyi prinsipləri barədə dərin bilik
  • Risklərin qiymətləndirilməsi və daxili nəzarət metodologiyaları ilə tanışlıq
  • Analitik düşüncə tərzi və detallara diqqət
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, hesabat hazırlama qabiliyyəti
  • Komanda ilə işləmək və prosesə rəhbərlik etmək bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində orta və ya yüksək səviyyədə bilik (üstünlükdür)
  • CISA, ISO 27001 Lead Auditor və ya digər müvafiq sertifikatların olması üstünlükdür

Şirkət nə təklif edir

  • Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı razılaşdırılır)
  • Peşəkar inkişaf və sertifikasiya imkanları
  • Dinamik və peşəkar komanda mühiti
  • Sigorta
  • Sabit iş şəraiti və karyera yüksəlişi perspektivi

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı İT Auditor" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Yalnız irəli mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily21
  • Weekly21
  • Monthly1753