Vəzifə öhdəlikləri
- Instagram, LinkedIn, Facebook və digər sosial media platformalarının idarə edilməsi
- Kibertəhlükəsizlik və AI məhsullarını izah edən cəlbedici, anlaşılan kontent yaradılması
- Aylıq kontent planı (content calendar) hazırlanması və icra edilməsi
- ChatGPT, Claude, Midjourney, Canva AI kimi alətlər vasitəsilə kontent istehsalının sürətləndirilməsi
- Vebsaytın SEO optimizasiyası: açar söz tədqiqatı, meta teqlər, kontent yazısı
- Analitika izlənməsi: Meta Business Suite, Google Analytics hesabatları
- Kampaniya nəticələrinin aylıq hesabatının hazırlanması
Tələblər
- Təhsil: Marketing, Kommunikasiya və ya İT sahəsindən ali təhsil
- Təcrübə: Minimum 1 il SMM və ya digital marketing sahəsində iş təcrübəsi
- Dillər: Azərbaycanca (səlis), İngilis dili (üstünlük)
- Texniki bilik: SEO əsasları, AI alətləri, Canva / Adobe Photoshop
Üstünlük verilir
- Kibertəhlükəsizlik və ya texnologiya sahəsindəki brendlər üçün kontent yazma təcrübəsi
- Ödənişli reklam (Meta Ads, Google Ads) idarəetmə təcrübəsi
- Video montaj (CapCut, Premiere Pro) bacarığı
Biz nə təklif edirik
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- AI və kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf imkanı
- Dinamik, texnologiya yönümlü komanda mühiti
- Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Ünvan - Bakı / Tam ştat
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.