Vəzifə Öhdəlikləri
- İnformasiya sistemlərinin tətbiqi və təşkilat daxilində layihələrin idarə olunması.
- Layihələrin mərhələlər üzrə planlaşdırılması, koordinasiyası və irəliləyişinin izlənməsi.
- Maraqlı tərəflər üçün həftəlik və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
- Layihə komandasının tapşırıqlarının bölüşdürülməsi və icrasına nəzarət.
- Biznes analitik və proqramlaşdırma komandaları ilə yaxından əməkdaşlıq.
- Müştəri və Vendor komandaları ilə gündəlik kommunikasiya, onlayn və oflayn görüşlərin təşkili.
- Layihələrin effektiv istifadəyə verilməsinə dəstək və iştirak.
- Müştərilərlə yeni tələblər və yeniləmələr üzrə görüşlərdə iştirak və nəticələrin sənədləşdirilməsi.
- Yeni əməkdaşların adaptasiya planlarının hazırlanması və icrasına nəzarət.
- Daxili prosedurların tətbiqinə nəzarət.
- Görülmüş işlər barədə dövri hesabatların hazırlanması.
Tələblər:
- PMP sertifikatının olması vacibdir
- Analitik və məntiqi düşüncə tərzi, strukturlaşdırılmış yanaşma
- Layihələrin idarə edilməsi, risklərin idarə edilməsi və resurs planlaşdırması prinsiplərini bilmək
- Tapşırıqların idarə olunması sistemləri ilə iş təcrübəsi
- İnformasiya texnologiyaları sahəsində əsas biliklər
- MS Office proqramlarında yüksək səviyyəli biliklər
- Microsoft Project proqramında yüksək səviyyədə işləmə bacarığı
- Ali təhsil
- Azərbaycan dilində mükəmməl səviyyədə bilik; ingilis dili – yaxşı səviyyədə arzuolunandır
- Ünsiyyətcil və məsuliyyətli olmaq, stressə davamlılıq
- Komandada işləmək və müstəqil qərar vermək bacarığı
- Öyrənməyə və inkişaf etməyə meyillilik
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.