MegaSec MegaSec
  • 913

MegaSec

IT

Şəbəkə Mühəndisi (Network Engineer)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şəbəkə Mühəndisi (Network Engineer)

  • Истекает 16 февраль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bu vəzifə üzrə işə qəbul ediləcək şəxs, şəbəkə infrastrukturunun dizaynı, qurulması, idarə edilməsi və təhlükəsizlik tədbirlərinin tətbiqinə cavabdeh olacaq. Şəbəkə Mühəndisi ( Network Engineer ) həmçinin şəbəkə problemlərinin diaqnozunu qoymaq və optimallaşdırma işlərini həyata keçirməkdən məsul olacaq.

Tələblər:

  • Şəbəkə mühəndisliyi və ya əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;
  • Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi və əlaqəli sahələr üzrə ali təhsil;
  • TCP/IP, VPN, LAN/WAN şəbəkə arxitekturası və təhlükəsizlik protokolları haqqında geniş biliklər;
  • Cisco, Juniper, Paloalto, Fortinet və digər şəbəkə cihazları ilə iş təcrübəsi;
  • Şəbəkə infrastrukturunun idarə edilməsi və optimallaşdırılması təcrübəsi;
  • Şəbəkə təhlükəsizliyi sahəsində təcrübə və firewall, IPS/IDS kimi təhlükəsizlik həlləri ilə işləmə bacarığı;
  • Şəbəkə protokolları, routing və switching texnologiyaları üzrə geniş anlayış;
  • Şəbəkə topologiyalarını və əlaqəli məsələləri diaqnoz etmək və həll etmək bacarığı;
  • Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
  • ⁠Azərbaycan və Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; digər xarici dillər üstünlük təşkil edir;
  • Komanda ilə işləmə və müştəri məmnuniyyətinə yönəlik yanaşma.

Vəzifələr:

  • Şəbəkə infrastrukturlarını dizayn etmək, qurmaq və idarə etmək;
  • ⁠Şəbəkə təhlükəsizliyini təmin etmək, şəbəkə müdafiə sistemlərini qurmaq və tətbiq etmək;
  • Şəbəkə cihazları və sistemlərinin konfiqurasiyasını həyata keçirmək və optimallaşdırmaq;
  • Şəbəkə problemlərini diaqnoz etmək və həll etmək, sistemdəki nasazlıqları aradan qaldırmaq;
  • ⁠Şəbəkə əlaqələrinin dayanıqlı və effektiv işləməsini təmin etmək;
  • ⁠Şəbəkə performansını izləmək və optimallaşdırmaq;
  • Müştərilərlə əlaqə quraraq, şəbəkə ilə bağlı tələb və ehtiyaclarını müəyyən etmək;
  • Satış və texniki komandalarla sıx əməkdaşlıq edərək müştəri tələblərinə uyğun həllər hazırlamaq;
  • Şəbəkə təhlükəsizliyi üzrə auditlər və qiymətləndirmələr aparmaq;
  • Şəbəkə layihələrini icra etmək və müştərilərin tələblərinə uyğun olaraq yenilikçi həllər təqdim etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 5 günlük iş rejimi - 09:00-18:00
  • Əmək haqqı: NET 1500 AZN + namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq

CV-nizi və örtük məktubunuzu elektron poçt ünvanına “Şəbəkə Mühəndisi (Network Engineer)” mövzusunda göndərin.

  • Daily97
  • Weekly424
  • Monthly2456