İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 2500-3000 AZN
- İş yeri: Baş ofis
Əsas vəzifə öhdəlikləri
- Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək.
- Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
- Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq.
- Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq.
- Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq.
- Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək.
- Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi
- Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması
- İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.
Namizədə tələblər
- Ali təhsil (maliyyə, audit, mühasibatlıq, iqtisadiyyat və ya mühəndislik sahələri üzrə)
- Minimum 3 il audit və ya təftiş sahəsində iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir)
- Maliyyə və tikinti sənədləri ilə işləmək bacarığı
- Qanunvericilik və audit standartları haqqında biliklər
- Yüksək analitik düşünmə və təhlil bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Müstəqil işləmək və hesabat vermək bacarığı
- Komandada işləmək və strukturla effektiv ünsiyyət bacarığı
Müraciət qaydası:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Daxili audit və təftiş üzrə menecer” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.