İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun
- İş yeri: Melissa Group (Baş ofis)
Vəzifə öhdəlikləri:
- Aylıq əməkhaqqını tarif məzənnələri, ştat cədvəli və müqavilə şərtlərinə uyğun hesablayır; Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişləri qanunvericiliyə uyğun hesablayır;
- Mükafat, stimullaşdırıcı əlavələr və bonus hesablamalarını müvafiq qərarlar əsasında həyata keçirir;
- Gecikmələr, artıq iş, gecə növbəsi, bayram və istirahət günlərində işə görə ödənişləri düzgün rəsmiləşdirir;
- Vergi və sosial ödənişlərin hesablanması;
- Əmək haqqı kartlarını sifariş edir və işçilərə təhvil verir;
- Gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlik sığortası və icbari tibbi sığorta haqları üzrə tutulmaları aparır;
- Podratçılar və subpodratçıların müvafiq müvafiq müqavilə əsasında təyin olunan ödəmələrinin həyata keçirilməsi üzrə rəhbərliyin tapşırıqlarını icra edir;
- Ödənişləri elektron sistemlərdə rəsmiləşdirir və rüblük/illik hesabatlar üçün məlumatları hazırlayır;
- Vergi və DSMF hesabatları üzrə müvafiq uçotu aparır və baş mühasibə təqdim edir;
- Davamiyyət cədvəllərinin doğruluğunu yoxlayır və müvafiq düzəlişləri edir;
- Əməkhaqqı cədvəllərini hazırlayır, təsdiq prosesini təşkil edir. Aylıq əməkhaqqı üzrə daxili maliyyə hesabatlarını hazırlayır;
- Audit yoxlamaları üçün tələb olunan məlumatları təqdim edir;
- Ödəniş cədvəllərini bank sistemi üçün hazırlayır;
- Banka əməkhaqqı siyahılarının ötürülməsini və icrasını nəzarətdə saxlayır;
- Əmək və vergi qanunvericiliyi ilə bağlı bütün yenilikləri izləyir;
- Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi; hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
- Müvafiq vəzifədə 2 ildən artq iş stajı (istehsalat / tikinti sahəsində olması arzuolunandır);
- Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
- Əmək Məcəlləsi və əlaqəli normativ aktlar;
- Vergi Məcəlləsi və fiziki şəxslərin gəlir vergisi üzrə tələblər;
- Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əmək haqqı uçotunun metodologiyası;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
- 1C 8.2 və 8.3 proqramlarında işləmək bacarığı mütləqdir;
- Komandada işləmə bacarığı;
- 30-45 yaş arası bəy namizədlər.
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına "Əmək haqqı üzrə mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.