Melissa Group Melissa Group

Fasad mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Fasad mühəndisi

  • Истекает 1 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Fasad sistemlərinin (alüminium kompozit, keramika, havalandırılan fasad, şüşə, daş, boya və s.) layihə və texniki tələblərə uyğun icrasını təmin etmək
  • Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, detallar) təhlil etmək və sahədə tətbiqini təmin etmək
  • İş həcmlərinin düzgün hesablanması, smeta və material tələblərinin hazırlanmasında iştirak etmək
  • Material və avadanlıq təchizatına nəzarət etmək, qəbul aktlarını və anbar uçotlarını yoxlamaq
  • Montaj işlərinin ardıcıllığını planlaşdırmaq və qrafiklə uzlaşdırmaq
  • Fasad üzrə işlərin icrasına dair “iş təlimatları” və “metod statement”lərin hazırlanmasında iştirak etmək
  • Fasad işləri zamanı keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və istehsalat normalarına riayət olunmasına nəzarət etmək
  • Görülən işlərin keyfiyyət aktlarının tərtibində iştirak etmək
  • Fasad səthlərində deformasiya, rəng fərqi, montaj uyğunsuzluğu kimi qüsurları vaxtında aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək
  • Tikinti sahəsində verilən layihələrə əsasən podratçı briqadalara fasad işlərini düzgün təmin etmək
  • Mövcüd eskiz və işçi layihələrə əsasən şüşə, keramoqranit mexanik cəbhə, alüminum kompozit panel aluminum panel və s. material həcmlərinin layihəyə uyğun hesablanıb və sahənin iş ardıcıllığına görə sifariş verilməsini və bu materialların yaşayış və ya inzibati bina üzrə alt konstruksiyalarının montajının keyfiyyətini təmin etmək
  • Fasad alt Metal konstruksiyalarının və gücləndirmə elementlərinin montajı və keyfiyətini təmin etmək
  • Fasad işləri layihələrini layihəçi və subpodratçı təşkilat ilə müzakirə etmək
  • Fasad işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək, gündəlik hesabatlar təqdim etmək, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
  • Fasad layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil 
  • Fasad sistemləri üzrə minimum 2-4 il iş təcrübəsi 
  • AutoCAD (mütləq), Revit və digər layihələndirmə proqramlarında işləmə bacarığı üstünlükdür 
  • Texniki çertyojları oxuma və hazırlama bacarığı 
  • Material və sistem bilikləri (curtain wall, ventilated façade və s.) 
  • Analitik düşünmə və problem həll etmə bacarığıMS Office (Word, Excel, Power Point) bilikləri
  • Azərbaycan dilini əla, Rus və İngilis dilləri arzuolunandır
  • Yüksək kommunikasiya bacarığı
  • Komandada işləmə bacarığı

Əlavə məlumat

  • Əməkhaqqı: 2500-3000 AZN
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Fasad mühəndisi" başlığı ilə göndərə bilər. 

  • Daily17
  • Weekly562
  • Monthly129