Melissa Group Melissa Group

Mobiloqraf və sosial media mütəxəssisi

  • Истекает 19 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahələri və layihələr üzrə foto və video (mobil ilə) çəkilişlərin  həyata keçirilməsi
  • Reels, TikTok və digər qısa video kontentlərin hazırlanması və montajı
  • Sosial media platformaları üçün kontent planının hazırlanması və icrası
  • Layihələrin tikinti mərhələləri, mənzil tipləri və satış təklifləri üzrə vizual kontentin yaradılnması və təqdimatı
  • Sosial media səhifələrinin idarə olunması 
  • Trendlərin izlənilməsi və kontent strategiyasına tətbiqi
  • Marketinq və satış komandası ilə sıx əməkdaşlıq
  • Brend imicinə uyğun kommunikasiya tonunun qorunması
  • Tikinti sahəsi üzrə gündəlik story axınının formalaşdırılması və paylaşılması
  • Tikinti sahəsində operativ kontent istehsalının həyata keçirilməsi
  • Satış ofisi və müştəri ziyarət proseslərinin real vaxtda işıqlandırılması
  • Post, story və reel üçün satış yönümlü və brend tonallığına uyğun mətnlərin hazırlanması;

Tələblər

  • Mobilqrafiya və SMM sahəsində minimum 1 il iş təcrübəsi
  • Video çəkiliş və montaj bacarıqları (CapCut, VN, InShot və s.)
  • Sosial media idarəçiliyi və kontent planlama üzrə praktiki təcrübə
  • Açıq hava və sahə şəraitində aktiv işləmə bacarığı
  • Copywriting (caption yazmaq) bacarığı
  • Tikinti / daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür
  • Azərbaycan dili səlis, rus dili arzuolunandır

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi 
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri. 

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mobiloqraf və sosial media mütəxəssisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly475
  • Monthly1605