“Meqa Həyat Sığorta” ASC Hesabatlılıq şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Şöbə: Hesabatlılıq şöbəsi
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması.
- Aktuar hesablamalarının aparılması və risk analizlərinin hazırlanması.
- Büdcə planlaması və proqnozların tərtibi.
- Gəlir və xərclərin analizi, maliyyə axınlarının izlənməsi.
- Mühasibat uçotu sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi.
- Qanunvericiliyə və mühasibat standartlarına uyğun işləmək.
Tələblər:
- Maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Mühasibatlıq və ya aktuar sahəsində təcrübə.
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
- 1C, Logo, SAP və ya digər mühasibat proqramlarında işləmə bacarığı (üstünlükdür).
- Analitik düşüncə və detallara diqqət yetirmə bacarığı.
- Komandada işləmə və vaxtında tapşırıqları yerinə yetirmə bacarığı.
Üstünlüklər:
- Sığorta, bank və ya pensiya fondlarında iş təcrübəsi.
- Aktuar sertifikatlarının olması (əgər varsa qeyd edin).
- IFRS və yerli vergi qanunvericiliyinə bələdlik.
- Power BI.
Əmək şəraitinin şərtləri:
- İş vaxtı: 5 günlük iş rejimi , saat 09:00-18:00.
- İstirahət günləri: Şənbə, Bazar.
- Əməkhaqqı: Müsahibə əsasında namizədin biliklərinə uyğun təyin edilə bilər ( 400-700).
İş yeri: Bakı, Nərimanov r/n, Əhməd Rəcəbli 19A.
Müraciət qaydası:
- CV-lərə (foto şəkilli) mövzu yerinə “Mühasib-Aktuar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.