Struktur bölmə: Hüquq departamenti Kargüzarlıq şöbəsi (reception masası)
Əsas vəzifə öhdəlikləri:
- Şirkətə daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və müvafiq struktur bölmələrinə yönləndirilməsi
- Elektron və yazılı sənəd dövriyyəsinin reyestrini aparmaq
- Sənədlərin məxfiliyinə, qorunmasına və düzgün saxlanmasına riayət etmək
- Sənədlərin qeydiyyatı, uçotu və arxivləşdirilməsini həyata keçirmək
- İcra müddəti müəyyən edilmiş sənədlərin icra edilməsinə nəzarət edilməsi
- Şirkət tərəfindən göndərilmiş sənədlərin aidiyyəti qurumlara göndərilməsini təmin etmək
- Vəzifə təlimatına uyğun digər funksiyaları yerinə yetirmək.
Namizədə olan tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Tələb edilmir
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Dəqiqlik və məsuliyyət, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları, komandada iş.
İş şərtləri:
- Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
- Məzuniyyət: 30 gün əsas məzuniyyət + qanunvericiliyə uyğun əlavə məzuniyyət hüquqları.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar
- Peşəkar komandada işləmək imkanı
- Tibbi sığorta təminatı
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük
- "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Kargüzar ” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.