Meqa Sığorta ASC Meqa Sığorta ASC
  • 170

Meqa Sığorta ASC

Sığorta

Səyahət sığortası üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Səyahət sığortası üzrə mütəxəssis

  • Deadline 15 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilər üzrə axtarışın həyata keçirilməsi;
  • Müştərilərə səfər sığortası məhsulları barədə məlumatın verilməsi və uyğun paket seçilməsində dəstəyin olunması;
  • Sığorta sorğularının qəbulu, işlənməsi və sistemə daxil edilməsi;
  • Sığorta hadisələri zamanı müştərilərə ilkin yönləndirmə və dəstəyin göstərilməsi;
  • Yeni partnyorların axtarışı və əməkdaşlıqların qurulması;
  • Mövcud partnyorlarla birbaşa əlaqələrin yaradılması və onların satışlarına nəzarət edilməsi;
  • Səfər sığortasının satışının təşviqi və şirkətin xidmət keyfiyyətinin qorunması;
  • Hesabatların hazırlanması və şöbə rəhbərinə təqdim edilməsi.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (arzuolunandır)
  • İş təcrübəsi: Sığorta və ya turizm sahəsində təcrübənin olması arzuolunandır;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik, analitik düşüncə, problemlərin həllində təşəbbüskarlıq, yazılı və şifahi ünsiyyət bacarığı, komanda ilə işləmək bacarığı, inkişaf yönümlü və nəticəyönümlü yanaşma.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
  • Əməkdaşlar üçün Loyallıq proqramına əsasən digər imtiyazlardan yararlanmaq.

Müraciət qaydası:

  • Zəhmət olmasa, mövzu bölməsində Səyahət sığortası üzrə mütəxəssis qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
  • Daily40
  • Weekly533
  • Monthly1320