Loreal & Garnier şirkətinin Araz və Rossman marketlərində fəaliyyətini həyata keçirəcək təcrübəli əməkdaşlar cəlb olunur.
Tələblər:
- Xanım və bəy namizədlər
- İş təcrübəsi: ən az 3 il merçendayzer kimi təcrübə, beynəlxalq brendlərdə iş təcrübəsi üstünlükdür.
Vəzifələr:
- Müəyyən olunmuş və kompakt ərazidə rut üzrə satış nöqtələrini ziyarət etmək;
- Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş planoqrama əsasən düzmək
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim nəzarətdə saxlamaq
- Malların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət etmək
- Qiymət dəyişikliklərinə nəzarət etmək
- Marketdə olmayan məhsullar haqqında sifariş verərək, vitrində olmasını təmin etmək
- Daxili nizam-intizam qaydalarına əməl etmək
İş şəraiti:
- Əmək haqqı 1000-1150 manat
- İş qrafiki: 5 gün, iş saatı 09:00- 18:00
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.