İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Telefon, elektron poçt və digər kanallar vasitəsilə daxil olan rezervasiya müraciətlərini qəbul etmək və idarə etmək;
- Qonaqlara hotelin otaqları, qiymətləri, xidmətləri və mövcudluq barədə ətraflı məlumat vermək;
- Rezervasiyaları sistemə düzgün daxil etmək və dəyişiklikləri vaxtında həyata keçirmək;
- Rezervasiyaların təsdiqi, ləğvi və dəyişdirilməsi ilə bağlı qonaqlara operativ məlumat vermək;
- Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti şöbələrə düzgün şəkildə yönləndirmək;
- Satış və Front Office komandası ilə koordinasiyalı işləmək;
- Gündəlik rezervasiya məlumatlarını yoxlamaq və hesabatların hazırlanmasına dəstək olmaq;
- Hotelin xidmət standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək.
Namizədə tələblər:
- Rezervasiya, Front Office və ya hotelçilik sahəsində minimum 1 il iş təcrübəsi;
- Hotel rezervasiya sistemləri və Opera PMS ilə işləmə bacarığı üstünlükdür;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət və müştəri xidmətləri bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Rezervasiya üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.