İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Qonaqlara hotel standartlarına uyğun yüksək səviyyədə xidmət göstərmək;
- Alkoqollu və alkoqolsuz içkiləri resept və standartlara uyğun hazırlamaq və təqdim etmək;
- Barın gündəlik fəaliyyətini təşkil etmək, təmizliyini və səliqəsini təmin etmək;
- Bar ehtiyatlarını izləmək, çatışmazlıqları vaxtında rəhbərliyə bildirmək;
- POS sistemində sifarişləri düzgün şəkildə qəbul etmək və hesablaşmaları həyata keçirmək;
- Qonaqların istək və şikayətlərinə operativ və peşəkar şəkildə yanaşmaq;
- Qida təhlükəsizliyi, gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Komanda üzvləri ilə sıx əməkdaşlıq edərək yüksək xidmət keyfiyyətini təmin etmək.
Namizədə tələblər:
- Barmen vəzifəsində minimum 1 il iş təcrübəsi (hotelçilik sahəsində təcrübə üstünlükdür);
- Alkoqollu və alkoqolsuz içkilərin hazırlanması üzrə biliklər;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür (rus dili biliyi arzuolunandır);
- Ünsiyyət bacarığı yüksək, gülərüz və qonaqpərvər olmaq;
- Məsuliyyətli, çevik və komanda ilə işləmək bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Barmen" qeyd etmələri xahiş olunur.