Mühəndis

  • Истекает 7 сентябрь 2026

İşin təsviri

  • Avadanlıqlarda baş verən nasazlıqların və təmir proseslərinin analizini aparmaq, həll yollarını müəyyənləşdirmək;
  • Avadanlıqların təmir proseslərini ERP sistemi üzərindən koordinasiya etmək;
  • İstehsal sahələrinin ehtiyat hissələri anbarı üzrə aylıq planlaşdırmanı həyata keçirmək;
  • Texniki sənədlər, eskizlər və çertyojlarla işləmək, zəruri texniki sənədləri hazırlamaq;
  • Avadanlıqlar və istehsal xətlərində diaqnostika alətləri ilə işləmək;
  • Təmir fəaliyyətləri üzrə Root Cause Analysis, MTBF, MTTR, OEE və digər texniki analizləri hazırlamaq;
  • Müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləyərək təmir proseslərinin fasiləsizliyini təmin etmək.

Tələblər

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə 3–5 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • AutoCAD proqramı ilə işləmək bacarığı;
  • ERP sistemləri ilə iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst, rus və ingilis dillərində texniki sənədlərlə işləmək bacarığı;
  • Texniki sənədləri oxumaq və hazırlamaq bacarığı.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly560
  • Monthly577