İşin təsviri
- Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatının analizinə dəstək vermək;
- Aylıq və həftəlik istehsal planlarının (MPS) hazırlanmasına dəstək olmaq və icrasının izlənilməsində iştirak etmək;
- Material ehtiyaclarının planlaşdırılması (MRP) proseslərinə dəstək vermək və sistemdə tələblərin açılmasında köməklik göstərmək;
- Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi olaraq izləmək;
- İstehsal prosesinin gündəlik monitorinqinə dəstək vermək, plan və fakt göstəricilərini hazırlamaq;
- Xaricdən idxal olunan hazır məhsullar üzrə sifarişlərin planlaşdırılmasına dəstək vermək;
- ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların daxil edilməsi və yenilənməsini həyata keçirmək;
- Analitik hesabatların hazırlanmasında iştirak etmək və digər şöbələrdən daxil olan sorğuların cavablandırılmasına dəstək vermək;
- Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə operativ məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;
- Rəhbər mütəxəssis və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas);
- İstehsal və ya tədarük planlaması sahəsində 0–1 il iş təcrübəsi;
- MRP anlayışı və ERP sistemləri ilə işləməyə hazır olmaq;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yaxşı səviyyədə bilmək;
- Power BI və Pivot üzrə biliklər üstünlükdür;
- Güclü analitik və riyazi düşünmə bacarığı;
- Öyrənmə həvəsi və yeni bilikləri mənimsəmək bacarığı;
- İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında ümumi anlayış;
- Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
- Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
- Azərbaycan dilini peşəkar səviyyədə bilmək; rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.