İşin təsviri
- Texniki və layihə sənədlərinin, hesabatların, aktların və iş jurnallarının hazırlanmasına dəstək olmaq;
- Layihə sənədlərini toplamaq, sistemləşdirmək və məlumat bazalarını yeniləmək;
- Tikinti sahəsində işlərin gedişatını, görülmüş iş həcmlərini və material istifadəsini izləmək və ilkin uçotunu aparmaq;
- Sahədən daxil olan məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
- Texniki çertyoj və ilkin layihə eskizlərinin hazırlanmasında iştirak etmək;
- Podratçılardan daxil olan sənədlərin və məlumatların toplanmasına və yoxlanılmasına dəstək olmaq;
- Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və sifarişlərin hazırlanmasında iştirak etmək;
- Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
- PÜO, Smeta, Təchizat və digər aidiyyəti şöbələrlə koordinasiyada iştirak etmək;
- Tikinti norma və qaydalarına, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək.
Tələblər
- Ali təhsil (Tikinti mühəndisliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi);
- AutoCAD proqramında sərbəst işləmək bacarığı;
- MS Word və Excel proqramlarında işləmə bacarığı;
- Tikinti layihələrinin oxunması və hazırlanması üzrə biliklər;
- Tikinti materialları və texnoloji ardıcıllıq barədə anlayış;
- Yüksək məsuliyyət və diqqətlilik;
- Komanda ilə işləmək və işə qarşı təşəbbüskar yanaşma.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.