İş yeri - Mingəçevir
Vəzifə öhdəlikləri:
- İstehsalata nəzarət və işçilər arasında iş bölgüsünün təşkili.
- Sərf olunan materialların qeydiyyatının aparılması.
- Materialların stok qalığına nəzarət.
- Tələb olunan mallar üçün tələbnamələrin hazırlanması.
- Layihə üzrə ilkin və yekun smetaların hazırlanması.
- İstehsal sahəsinin, iş masalarının və dəzgahların işçilər tərəfindən səmərəli, səliqəli və təmiz saxlanılmasının təşkili və buna nəzarət.
- Sexin gündəlik tələbat stokuna və aylıq kommunal xərclərə nəzarət.
Tələb olunan keyfiyyətlər:
- Ofis menecerliyi və ya idarəetmə sahəsində təcrübə
- Microsoft Office proqramlarına (Word, Excel, PowerPoint) və digər ofis alətlərinə hakimlik
- Təşkilatçılıq qabiliyyəti və detallara diqqət
- Məsuliyyətli, nizam-intizamlı və komandada işləmə bacarığı
İş şərtləri:
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcəkdir
- İş qrafiki: Həftəiçi 6 gün, 09:00–18:00 (bazar günü qeyri-iş günüdür)
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən e-poçt ünvanına mövzu hissəsində “İstehsalat meneceri” qeyd etməklə göndərə bilərlər.