M Metro Park Bakikhanov
  • 445

Metro Park Bakikhanov

Tikinti

İlməkçi (Siqnalçı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İlməkçi (Siqnalçı)

  • Deadline 23 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi :

  • Dinamik və statik yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək;
  • Kran maşinistinə siqnal, işarələrin verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
  • Yükün kütləsi və ölçülərinə əsasən lazımi yük tutucu vasitələrin seçilməsi qaydasını bilmək;
  • Yük tutucu vasitələrin yararlı olub-olmamasının müəyyənləşdirmək;
  • Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq;
  • Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
  • Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək;
  • Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini bilmək;
  • Yük tutucu vasitələrin iş prinsipini bilmək;
  • Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
  • Yük tutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək;
  • Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏMM qaydalarına ciddi riayət etmək;
  • İlk yardım qaydalarını bilmək;
  • İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək;
  • Xidmət edilən kranın və onun mexanizmlərinin quruluşunu;
  • Yüklərin yerdəyişmə üsullarını;
  • İnşaat materiallarının daşınması;
  • Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
  • Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;
  • Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və kran operatoruna məlumat vermək;
  • Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
  • Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın mühafizə qaydalarına riayət etmək.

Ümumi tələblər :

  • Tələb edilən sahə üzrə sertifikat (lisenziya əsasında fəaliyyət göstərən müəssisənin cari il üçün nəzərdə tutulan və yaxudda yenilənmiş setifikatı);
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi; 
  • Fiziki cəhətdən sağlam;
  • Məsulliyyətli və komandada işləmə bacarığı.

 İş yeri :

  • Bakıxanov qəsəbəsi, Metro Park Bakikhanov tikinti layihəsi

CV məlumatlarınızı aşağıda qeyd edilən e-mail adresinin mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə göndərin.

  • Daily128
  • Weekly645
  • Monthly2489