M Metro Park Bakikhanov
  • 355

Metro Park Bakikhanov

Строительство

Sahə üzrə Memar (Yaşayış və Qeyri-Yaşayış Binalarının Tikintisi üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sahə üzrə Memar (Yaşayış və Qeyri-Yaşayış Binalarının Tikintisi üzrə)

  • Истекает 13 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  • Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
  •  Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir.

Xüsusi tələblər: 

  • Ali təhsil (Memarlıq və İnşaat Universiteti üzrə);
  • AutoCad, MS Oficce proqramlarında sərbəst işləməyi;
  • Vəzifə üzrə azı 3 il iş təcrübəsi;
  • Yaş kateqoriyası 30 yaşadək.

Nəyi bilməlidir:

  • Azərbaycan dilində səlis danışmaq və yazmağı;
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • Layihələşdirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını; işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
  • Layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni; 
  • Əməyin, istehsalat və idarəetmənin təşkilini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Nəyi bacarmalıdır:

  • Məsuliyyətli olmağı;
  • Təhlil etməyi;
  • Operativ və çevik olmağı.

Gözlənilən davranış:

  • Səbirli olmaq;
  • Yeniliklərə açıq olmaq;
  • Vaxtında və düzgün qərar vermək.

İş şərtləri:

  • Həftədə 5 gün, gündə 8 saat olmaqla 40 saatdan çox olmayaraq iş qrafiki;
  • İstirahət günü həftədə 2 (iki) gün – şənbə və bazar günü.

İş yeri:

  • Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi.
  • Daily1
  • Weekly362
  • Monthly982