İş barədə məlumat:
- Yeni potensial müştərilərin axtarışı,cəlb edilməsi,;
 - Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
 - Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
 - Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
 - Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
 - Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
 - Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
 - Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
 - Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
 - Müştərilərlə qarşılıqlı əlaqələrin qurulması və tələblərin yerinə yetirilməsi,
 - Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
 - Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
 - Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
 - Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.
 - Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq
 - Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək
 - Ödəniş sənədlərinin (invoys,akt və s.) hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək
 - Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək, bazar proseslərini dərindən təhlil etmək
 - Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq
 - Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
 - Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
 
Tələblər:
- Təhsil: Ali
 - İş təcrübəsi: 3 ildən 5 ilə qədər
 - Yaş: 28-40 kimi
 - Ali təhsil. (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
 - Korporativ satış üzrə minimum 3 illik satış təcrübəsi.( Beynəlxalq logistika və gömrük prosedurları üzrə satışa üstünlük verilir)
 - Rus dili biliyi vacibdir.,Ingilis dili arzuolunandı
 - Müştəri portfeli formalaşdırmaq təcrübəsi.
 - Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı.
 - Satış planlarını hazırlamaq, icra etmək, aylıq həftəlik hesabatlar təqdim etmək bacarığı.
 - Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
 - Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
 - Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Out look və s);
 - Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları
 - Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
 - Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək
 
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
 - İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat
 - Əmək haqqı 1000 - 2000 AZN (müsahibə əsasında işçinin bilik, bacarığı və təcrübəsi əsasında müəyyənləşdiriləcək)
 
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Logistika üzrə Satış mütəxəssis” yazaraq CV göndərməklə müraciət edə bilərlər.