Əsas vəzifələr:
- Mühasibat uçotunun tam şəkildə və düzgün aparılmasını təmin etmək
- Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanaraq vaxtında təqdim olunması
- Bank əməliyyatlarının, ödənişlərin və kassa hərəkətlərinin nəzarətdə saxlanılması
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Audit yoxlamaları və digər rəsmi nəzarət orqanları ilə işin əlaqələndirilməsi
- Komandaya rəhbərlik etmək və daxili nəzarət mexanizmlərini təkmilləşdirmək
- Mühasibatlıq sahəsində beynəlxalq təcrübələri izləmək və rəhbərliyə məlumat vermək
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə)
- Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini əla səviyyədə bilmək
- 1C (8.3), e-gov, e-taxes və digər mühasibat proqramları ilə işləmə bacarığı
- Analitik düşüncə və yüksək məsuliyyət
- Azərbaycan dilində sərbəst yazmaq və danışmaq
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Stabil və peşəkar iş mühiti
- Rəhbərliklə birbaşa işləmə və qərarvermədə iştirak imkanı
İş şəraiti:
- İş yeri: Çinar plaza
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
Müraciət üçün: CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına “Baş Mühasib” başlığı ilə göndərin.