İş yeri: Bakı, Çinar Plaza, 9-cu mərtəbə
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Şirkətin daxili IT infrastrukturunun qurulması və idarə olunması
- Lokal şəbəkələrin (LAN/WAN) konfiqurasiyası
- Windows Server mühitində Active Directory və domen infrastrukturunun qurulması və idarə olunması
- Server və istifadəçi kompüterlərinin quraşdırılması və texniki dəstəyin göstərilməsi
- Backup sistemlərinin qurulması və idarə olunması
- Şəbəkə avadanlıqlarının (router, switch, firewall) konfiqurasiyası və monitorinqi
- CCTV sistemlərinin (DVR/NVR) quraşdırılması və konfiqurasiyası
- Access Control sistemlərinin quraşdırılması və sazlanması
- İstifadəçilərə Help Desk / texniki dəstək xidmətlərinin göstərilməsi
- Sistemlərin təhlükəsizliyinin təmin olunması və problemlərin operativ aradan qaldırılması
Tələblər:
- İnformasiya texnologiyaları üzrə ali və ya müvafiq texniki təhsil
- Windows Server, Active Directory və domen mühitində iş təcrübəsi
- Şəbəkə texnologiyaları üzrə biliklər (TCP/IP, VLAN, routing və s.)
- DVR/NVR və video müşahidə sistemlərinin konfiqurasiyası üzrə təcrübə
- Access Control və digər zəif cərəyan sistemləri üzrə ilkin biliklər
- Backup və sistem təhlükəsizliyi üzrə anlayış
- Kompüter və istifadəçi problemlərinin diaqnostikası və həlli bacarığı
- Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı
Şirkət tərəfindən təklif olunur:
- Real IT layihələrində iştirak imkanı;
- Peşəkar inkişaf və yeni texnologiyalar üzrə təcrübə qazanmaq imkanı;
- Stabil iş mühiti;
- Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
- Paşa Könüllü Tibbi Sığorta;
- Peşəkar və dəstəkləyici komanda;
- Karyera inkişafı və təlim imkanları.
Maraqlanan namizədlər CV-lərini “İT mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.