Midway Hotel Baku komandamıza Resepsiyonist vəzifəsi üzrə əməkdaş axtarılır.
İş qrafiki: 14:00–23:00, həftədə 1 gün istirahət.
Əsas vəzifələr:
- Otelə gələn qonaqların qarşılanması və qeydiyyata alınması;
- Qonaqların yerləşdirilməsi və yola salınması;
- Rezervasiyaların yoxlanılması və idarə edilməsi;
- Qonaqların suallarının və sorğularının cavablandırılması;
- Telefon zənglərinin və yazılı müraciətlərin qəbul edilməsi;
- Qonaq məmnuniyyətinin təmin edilməsi;
- Digər şöbələrlə koordinasiyalı şəkildə işləmək;
- Otelin daxili qayda və prosedurlarına riayət etmək.
Tələblər
- Resepsiyon vəzifəsi üzrə iş təcrübəsi üstünlükdür.
- Yaş həddi: 20–35 yaş;
- Cins: Bəy
- Azərbaycan dilində səlis danışıq;
- İngilis dili biliyi;
- Rus dili biliyi üstünlükdür;
- Qonaqlarla nəzakətli və düzgün ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Səliqəli görünüş və xidmət mədəniyyəti;
- Komandada işləmək bacarığı;
Əlaqə: 0998004098 - Malik bəy