Təsvir
Biznes risklərinin idarə edilməsi
- Şirkət üzrə risklərin müəyyən edilməsi və risk reyestrinin hazırlanması
- Risklərin ehtimal və təsirinə əsasən qiymətləndirilməsi
- Risklərin azaldılması üzrə tədbirlər planının hazırlanması və icrasına nəzarət
- Əsas risk indikatorlarının (KRI) formalaşdırılması və monitorinqi
- Yeni layihə, məhsul və proseslər üzrə risk qiymətləndirilməsinin aparılması
Biznes proseslərin idarə edilməsi
- Əsas və dəstək biznes proseslərin yazılması və sənədləşdirilməsi
- Proses xəritələrinin və axın diaqramlarının hazırlanması
- Proseslər üzrə risk və nəzarət nöqtələrinin müəyyən edilməsi
- Proses dəyişikliklərinin risk baxımından qiymətləndirilməsi
- Biznes proseslərin mütəmadi izlənməsi və təkmilləşdirilməsi
Daxili nəzarət və auditlə əlaqə
- Daxili nəzarət mexanizmlərinin qurulması və saxlanması
- Daxili audit tapıntıları üzrə tədbirlərin icrasına nəzarət
- Daxili qayda, prosedur və təlimatların hazırlanması və yenilənməsi
Hesabatlılıq
- Risklər üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması
- Rəhbərliyə risk səviyyəsi və əsas problemlər barədə məlumatın təqdim edilməsi
- Risk mədəniyyətinin təşviqi məqsədilə daxili maarifləndirmə
Şöbənin idarə edilməsi
- Şöbə əməkdaşlarının işinin təşkili və bölgüsü
- Performans qiymətləndirilməsi və inkişaf planlarının hazırlanması
- Şöbə üzrə iş planlarının icrası
Tələblər
Təhsil
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Menecment, Hüquq və ya oxşar sahələr)
İş təcrübəsi
- Risklərin idarə edilməsi, daxili audit və ya biznes proseslər üzrə minimum 3 il təcrübə
- Rəhbər vəzifədə minimum 1 il təcrübə
Peşəkar biliklər
- ERM, COSO, ISO 31000 çərçivələri
- Biznes proseslərin modelləşdirilməsi
- Daxili nəzarət və audit prinsipləri
Dil bilikləri
- İngilis dili (B2, C1)
- Rus dili ( Üstünlük)
- Azərbaycan dili (Səlis)
Bacarıqlar
- Analitik düşünmə
- Güclü yazılı və şifahi ünsiyyət
- Liderlik və qərarvermə
- Detallara diqqət və məsuliyyətlilik
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Push30
- Tibbi sığorta
- Servislə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.