Biznes risklərinin idarəedilməsi üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes risklərinin idarəedilməsi üzrə kiçik mütəxəssis

  • Deadline 18 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədin vəzifə öhdəlikləri:

  • Şirkət daxilində aparılan biznes proseslərin monitorinqi və izlənilməsi
  • Proses sahibi və iştirakçıları ilə müsahibələr təşkil etmək, proseslər üzərində müşahidələr  apararaq prosesin icra olunması və nəticələri ilə bağlı məlumatları toplamaq
  • Biznes proseslərinin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq prosesləri  təhlil etmək
  • Biznes proseslərinin monitorinqi nəticəsində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün təkliflər hazırlamaq

Namizədə tələblər:

  • Ali təhsil ( Maliyyə, İdarəetmə, İqtisadiyyat)
  • Risklərin idarəedilməsi və biznes prosesləri üzrə nəzəri biliklər
  • Mükəmməl səviyyədə Azərbaycan , yaxşı səviyyədə İngilis dilli (Rus dili arzuolunandır)
  • MS Office proqramlarından istifadə etmək bacarığı
  • Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq 

İş şərtləri:

  • İş yeri: Hökməli qəsəbəsi (Bakı-Şamaxı şos.15-ci km.)
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
  • Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir. 
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını " Biznes risklərinin idarəedilməsi üzrə kiçik mütəxəssis "  qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz

  • Daily80
  • Weekly315
  • Monthly1989