Namizədin vəzifə öhdəlikləri:
- Müvafiq iş elanlarının hazırlanması və müxtəlif axtarış platformalarında yerləşdirilməsi
- İş müraciətlərinə (CV) baxılması, analiz edilməsi və müvafiq olaraq qruplaşdırılması
- Müsahibələrin təşkil olunması və aparılması
- Namizədlərə müsahibə nəticələri ilə bagli geri dönüşlərin edilməsi
- Müsahibə nəticələrinin qeydiyyatının aparılması
- Rəhbərin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- Yaş həddi: 22-28 yaş
- Ali təhsil ( Psixologiya, Sosiologiya, İqtisadiyyat, Menecment)
- İnsan resursları sahəsində 1 ilədək təcrübə mütləqdir
- Əmək məcəlləsi üzrə baza biliklər
- Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə
- MS Office proqramlarından sərbəst istifadə bacarığı
- Dürüstlük, məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq
İş şərtləri:
- İş yeri: Müşfiqabad qəsəbəsi
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
- Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını " İşə qəbul üzrə kiçik mütəxəssis " qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz