Milli Kibertəhlükəsizlik Agentliyi Milli Kibertəhlükəsizlik Agentliyi
  • 168

İnfrastruktur təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

  • Истекает 11 сентябрь 2026

Vəzifə öhdəlikləri:

  • Yeni informasiya təhlükəsizliyi alətlərinin araşdırılması, qiymətləndirilməsi və seçimi prosesində iştirak etmək;
  • Müxtəlif təhlükəsizlik sistemlərinin (NGFW, DDoS, IDS/IPS, WAF, NAC, PAM, DLP və s.) qurulması, idarə edilməsi və baş verə biləcək problemlərin aradan qaldırılması;
  • Şəbəkə arxitekturasının təhlili, ən yaxşı təcrübələrin, Zero Trust, mikroseqmentasiya, Defense-in-Depth kimi modellərin tətbiqi;
  • Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması;
  • İmtiyazlı istifadəçi hesablarının avtomatik kəşf edilməsi, vault bazasına inteqrasiyası və sessiyaların yazılması/monitorinqi;
  • Veb təhlükəsizlik avadanlığı (WAF) üzrə optimallaşdırma işlərinin aparılması, spesifik hücum vektorlarına qarşı dayanıqlı siyasətlərin formalaşdırılması və ümumi idarə edilməsi;
  • VLAN, ACL, NAT, routing, port security, dot1x və digər şəbəkə konfiqurasiyaları ilə təhlükəsizlik aspektindən işlənilməsi.

Tələblər:

  • İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
  • Şəbəkə təhlükəsizliyi üzrə, o cümlədən VPN (IPSec, SSL VPN), NAT və ACL texnologiyalarının tətbiqi, konfiqurasiyası və optimallaşdırılması üzrə praktiki biliklər;
  • Windows Server (AD, Group Policy, LDAP) və Linux OS (Ubuntu, RHEL və s.) mühitlərində təhlükəsizlik inzibatçılığı, təhlükəsizlik sərtləşdirilməsi və yamaqların idarə olunması bacarığı;
  • Veb təhlükəsizlik avadanlıqları üzrə OWASP Top 10 kiberhücumlara qarşı təhlükəsizliyin və dayanıqlılığın təmin olunması üzrə bilik və təcrübə;
  • SIEM sistemlərinin (Splunk, CrowdStrike, QRadar və s.) quraşdırılması, loq mənbələrinin inteqrasiyası, eləcə də şəbəkə analiz alətləri (Wireshark, tcpdump) vasitəsilə mürəkkəb təhlükəsizlik insidentlərinin təhlili və araşdırılması üzrə bacarıqlar;

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily65
  • Weekly305
  • Monthly903