Mingo Coffee & Croissant Mingo Coffee & Croissant
  • 516

Administrator / Supervisor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Administrator / Supervisor

  • Deadline 1 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bakı şəhərinin mərkəzində yerləşən coffee shop, kafe və restoranlarımız üçün Administrator / Supervisor vəzifəsinə məsuliyyətli, enerjili və idarəetmə bacarığı olan əməkdaş axtarırıq.

Namizədin təcrübəsi, bilik və bacarıqları nəzərə alınaraq, onun üçün daha uyğun olan obyekt müəyyən ediləcək.

İş yeri: Bakı şəhəri, mərkəz

Sahə: Coffee shop / Kafe-Restoran

Vəzifə öhdəlikləri

  • Obyektin gündəlik iş prosesinin düzgün və fasiləsiz təşkil edilməsi;
  • İşçilərin gündəlik fəaliyyətinə nəzarət və iş bölgüsünün aparılması;
  • Yeni əməkdaşların seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul prosesində iştirak;
  • İşçilərin davamiyyətinə, intizamına və iş keyfiyyətinə nəzarət;
  • Xidmət standartlarının qorunması və komandanın bu standartlara uyğun işləməsinin təmin edilməsi;
  • Kassa əməliyyatlarına və gündəlik kassa hesabatlarına nəzarət;
  • Gündəlik sifarişlərin qəbulu, yoxlanılması və düzgün sayımının aparılması;
  • Anbar və məhsul qalıqlarına nəzarət, çatışmazlıqların vaxtında müəyyən edilməsi;
  • Məhsulların düzgün saxlanmasına və istifadə müddətlərinə nəzarət;
  • Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin artırılması;
  • Müştərilərdən daxil olan müraciət və problemlərin operativ şəkildə həll edilməsi;
  • Obyektdə nizam-intizamın, təmizliyin və ümumi iş standartlarının qorunmasına nəzarət;
  • İş prosesində yaranan problemlərin vaxtında müəyyən edilməsi və rəhbərliyə bildirilməsi;
  • Gündəlik iş nəticələri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • Kafe, restoran, coffee shop və ya xidmət sektorunda idarəçilik təcrübəsi;
  • Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
  • Güclü ünsiyyət və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli, intizamlı və nəticəyönümlü olmaq;
  • İşçilərlə sağlam kommunikasiya qurmaq, eyni zamanda tələbkar və obyektiv olmaq;
  • Stressli və intensiv iş şəraitində operativ qərar qəbul etmək bacarığı;
  • Müştəriyönümlü yanaşma və yüksək xidmət anlayışı;
  • Kassa və maliyyə əməliyyatlarına nəzarət bacarığı;
  • Detallara diqqət və problemləri vaxtında müəyyən etmək bacarığı;
  • Növbəli iş qrafikinə uyğun işləmək imkanı;
  • Azərbaycan dilini səlis bilmək;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • MS Office, Google Sheets və kassa proqramları ilə işləmək bacarığı üstünlükdür.

Biz təklif edirik

  • Əmək haqqı: 1000 AZN;
  • Bakı şəhərinin mərkəzində iş yeri;
  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı;
  • Peşəkar inkişaf və idarəetmə təcrübəsini artırmaq imkanı;
  • Namizədin təcrübə və bacarıqlarına uyğun obyekt üzrə yerləşdirmə.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator / Supervisor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly222
  • Monthly108