“MRS TRADE COMPANY” yə aid təmizlik vasitələri mağazalar şəbəkəsinə Satıcı-merçendayzer axtarılır!
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılayır, məhsullar haqqında düzgün və ətraflı məlumat verir.
- Müştərilərin tələbatını müəyyən edir və uyğun məhsulların seçilməsində onlara kömək göstərir.
- Məhsulların satışını həyata keçirir və satış prosesinin düzgün təşkil olunmasını təmin edir.
- Məhsulları müəyyən edilmiş merçendayzinq standartlarına uyğun olaraq rəflərdə, vitrinlərdə və digər satış sahələrində yerləşdirir.
- Məhsulların qiymət etiketlərinin düzgün və görünən şəkildə yerləşdirilməsinə nəzarət edir.
- Satış rəflərində məhsulların kifayət qədər olmasını təmin edir və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verir.
- Məhsulların son istifadə tarixlərini mütəmadi olaraq yoxlayır və vaxtı keçmiş məhsulların satışa çıxarılmasının qarşısını alır.
- Məhsulların qablaşdırılmasının, xarici görünüşünün və satışa yararlılığının vəziyyətinə nəzarət edir.
- Satış sahəsinin təmizliyinə, səliqəsinə və məhsulların düzgün düzülüşünə nəzarət edir.
- Rəhbərliyin səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Yaş həddi: 22-30
- Cinsi: Qadın
- Xırdalan ərazisində yaşayanlara üstünlük veriləcək
- Qeyri qida temizlik vasiteleri haqqında biliyi olanlara üstünlük veriləcəkdir
- Məsuliyyətli, ünsiyyətcil və nəticəyə yönəlmiş iş prinsipi;
İş şəraiti:
- Növbəli iş rejimi
- İş yeri: Bakı şəhəri, Xırdalan şəhərii
- İş saatı: 6 gün (08:00–15:00); (15;00 – 22:00)
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı - 400 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.