"MINT” MMC “Operation Manager” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Restoranın fasiləsiz fəaliyyətinin təşkili
- Standartların tələblərinə riayət edilməsinə nəzarət
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
- Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
- Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- İşçilərin işə qəbul və işdən azad olunması proseslərində şirkətin İnsan Resursları komandası ilə sıx əməkdaşlıq etmək
- İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
- Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq
- Satışın artırılması üçün təkliflər hazırlamaq, rəhbərə büdcə nəzarətində köməklik göstərmək
Namizədə dair tələblər:
- Restoran / Operation Manager və ya oxşar rəhbər vəzifədə minimum 3–5 il iş təcrübəsi
- Yeni restoran obyektlərinin açılışı, tikinti və ya təmir proseslərində praktiki iş təcrübəsi
- Məsuliyyətlilik, stressə davamlılıq və nəticəyönümlü yanaşma
- Güclü liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Rus dili sərbəst, İngilis dili üstünlükdür.
Təminatlar:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən qarşılanır
- Korpoativ nömrə və telefon
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 2000 AZN + targetə əsasən bonus
Uyğun namizədlər öz CV-lərini “Operation Manager” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.