Aqronom

  • Истекает 4 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“MINT Services” MMC “Aqronom” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Dekorativ bitkilərin becərilməsi, inkişafı və sağlamlığının qorunması üçün aqrotexniki tədbirləri həyata keçirmək;
  • Bitkilərin suvarılmasını planlaşdırmaq, suvarma sisteminə nəzarət etmək və su ehtiyatlarından səmərəli istifadəni təmin etmək;
  • Torpaq və bitki analizlərinin nəticələrinə əsasən gübrələmə və qidalanma proqramlarını hazırlamaq və tətbiq etmək;
  • Dekorativ bitkilərdə rast gəlinən xəstəlik, zərərverici və alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərini həyata keçirmək, zərurət yarandıqda funqisid, insektisid və herbisidlərdən düzgün istifadə etmək;
  • Bitkilərin vegetasiya mərhələlərinə uyğun budama, formalaşdırma, bəsləmə və digər qulluq işlərini təşkil etmək;
  • Mövsümə, torpaq və iqlim şəraitinə uyğun dekorativ bitki, ağac, kol və gül növlərinin seçilməsi, əkilməsi və köçürülməsini təmin etmək;
  • Ting və dekorativ bitki materiallarının keyfiyyətinə nəzarət etmək, onların saxlanılması və inkişafını izləmək;
  • Yaşıllaşdırma layihələrinin həyata keçirilməsində iştirak etmək, bitkilərin estetik görünüşünün qorunmasını təmin etmək;
  • İstifadə olunan texnika, avadanlıq və materiallardan səmərəli istifadəni təmin etmək.

Namizəddə tələblər:

  • Aqronomiya, Bağçılıq, Landşaft Memarlığı və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Dekorativ bitkilər, yaşıllaşdırma və ya landşaft sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Dekorativ ağac, kol, gül və mövsümi bitkilərin becərilməsi, qulluq qaydaları və xəstəlikləri barədə biliklər;
  • Gübrələmə, suvarma sistemləri və bitki mühafizəsi vasitələrindən istifadə üzrə praktiki təcrübə;
  • Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı;
  • Qərarvermə, planlaşdırma və komanda ilə işləmə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı üstünlükdür.

Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Ünvan: Bakı şəhəri, Koroğlu və Ulduz m/st arası
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 1200 AZN

Uyğun namizədlər öz  CV-lərini “Aqronom” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly310
  • Monthly327