Vəzifə öhdəlikləri:
- Təyin olunmuş ərazidə təmizlik əməliyyatlarının planlaşdırılması və effektiv idarə olunması.
- Təmizlik xidmətlərinin qrafiklərinin hazırlanması və gündəlik icrasının monitorinqi.
- Təmizlik işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinə nəzarət.
- Təmizlik avadanlıqları və vasitələrinin səmərəli və qənaətli istifadəsinin təmin olunması.
- İşçilərin performansının, davamiyyətinin və vəzifə öhdəliklərinin izlənməsi.
- Ərazinin təmizliyinin standartlara uyğunluğunun gündəlik yoxlanılması.
- Tədbir və xüsusi layihələr zamanı personalın və resursların düzgün bölüşdürülməsinin təmin olunması.
- İşçilərlə bağlı problemlərin vaxtında həlli və əməliyyatların fasiləsiz aparılmasının təmin olunması.
- İşə qəbul, işdən çıxış və digər HR proseslərinin düzgün və vaxtında həyata keçirilməsinə cavabdehlik.
- Direktor tərəfindən verilən digər tapşırıqların icrasının təşkil olunması və izlənməsi.
Namizədə dair tələblər:
- Təmizlik və əməliyyat idarəçiliyi sahəsində ən az 3 il iş təcrübəsi.
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı.
- Keyfiyyətə nəzarət, gündəlik əməliyyatların izlənməsi və problemlərin operativ həlli.
- Güclü təşkilati və kommunikasiya bacarıqları.
- Məsuliyyətli, diqqətli, təşəbbüskar və stressə davamlı olması.
- Komandada işləmək bacarığı.
- Xarici dil biliyi üstünlükdür.
Təminatlar:
- İş yeri: Bakı şəhəri
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 2000-2500 AZN
Uyğun namizədlər öz cvlərini “Cleaning Operation Manager” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.