"MINT SERVİCES” MMC “Təmizlik işləri üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan işçi heyətini idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmək;
- Təmizləyici vasitələrin və avadanlıqların səmərəli və qənaətli şəkildə istifadəsini təmin etmək;
- İşçilərin tələb olunan təmizləyici vasitələr və lazımlı avadanlıqlarla təchizatını təmin etmək;
- Təmizləyici vasitələrin və avadanlıqların çatdırılmasını və müvafiq saxlama sahələrinə köçürülməsini təmin etmək;
- İş yükü artıq olduğu təqdirdə işçilərə lazımi dəstəyin göstərilməsi;
- İşçilərin gündəlik davamiyyət cədvəlinə nəzarət etmək;
- Tədbirlərin keçirilməsi zamanı təşkilati işlərdə köməklik göstərmək.
Namizədə dair tələblər:
- Təmizlik üzrə idarəetmədə minimum 2 il iş təcrübəsi
- Təmizlik vasitələri və avadanlıqları ilə işləmək bacarığı
- Xarici dil biliyi üstünlükdür
- İdarəetmə bacarığı
- Komandada işləmək bacarığı
- Vaxtın idarə olunması
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- İş qrafiki: 6 günlük, dəyişkən smen
- İş yeri: Bakı şəhəri, Crescent Mall ticarət mərkəzi
- Əmək haqqı: 857 AZN
Uyğun namizədlər öz cvlərini “Təmizlik işləri üzrə nəzarətçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.