Vəzifə öhdəlikləri:
- Təmizlik avadanlıqlarının (xüsusilə Nilfisk, Karcher və müxtəlif model tozsoranların) diaqnostika və təmir işlərini həyata keçirmək;
- Avadanlıqların profilaktik baxımını aparmaq, nasazlıqların səbəbini müəyyənləşdirmək və aradan qaldırmaq;
- Lazımi ehtiyat hissələrinin müəyyən edilməsi və dəyişdirilməsi;
- Təmirdən sonra avadanlıqların düzgün işləməsini yoxlamaq və test etmək;
- Təmir və texniki xidmətlə bağlı qeydlərin aparılması;
- Gündəlik texniki dəstək göstərmək və təmir prosesini operativ şəkildə icra etmək.
Tələblər:
- Texnik olaraq minimum 2-3 il iş təcrübəsi (təmizlik avadanlıqları, mexaniki və ya elektrikli qurğuların təmiri sahəsində təcrübə üstünlükdür);
- Nilfisk və Karcher avadanlıqları haqqında ilkin və ya dərin texniki biliklər;
- Elektrik və mexaniki quruluşlar haqqında anlayış;
- Problemləri tez müəyyən edib həll etmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş qrafiki; 6 günlük
- İş yeri: Bakı şəhəri
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1200 AZN.
Uyğun namizədlər öz cvlərini “Texnik (Təmizlik avadanlıqları üzrə)” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.