Vəzifə öhdəlikləri:
- Layihə üzrə yaradıcı ideyaların irəli sürülməsi, konseptlərin formalaşdırılması və vizual həllərin təklif edilməsi;
- Çəkilişin planlaşdırılması, icrası və post-prodakşn prosesi (montaj, rəng düzəlişi və s.);
- Komanda ilə koordinasiyalı şəkildə işləmək və brief-lərə uyğun kontent istehsal etmək;
- Lazım olduqda mobil telefon vasitəsilə sürətli və keyfiyyətli çəkilişlər həyata keçirmək;
- Layihə tələblərinə uyğun kreativ və fərqləndirici video həllərin hazırlanması.
Namizədə dair tələblər:
- Video çəkiliş və montaj sahəsində ən azı 2 il təcrübə;
- Portfolio və ya əvvəlki işlərə dair nümunələrin təqdim olunması (link);
- Adobe Premiere Pro, After Effects və digər montaj proqramlarında peşəkar səviyyədə bacarıq;
- Kreativ düşüncə, detallara diqqət və vizual estetika hissi;
- Komanda ilə işləmək və vaxtın düzgün idarəedilməsi bacarığı.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1000 AZN.
Qeyd: Layihənin müddəti 5 aydır.
Uyğun namizədlər öz cvlərini “Videoqraf” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.