M Miras
  • 1.1K

Miras

Digər

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 2 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Miras şirkəti olaraq peşəkar komandamızı gücləndirmək məqsədilə hazırda yüksək bilik və təcrübəyə malik Baş Mühasib axtarışındayıq. Əgər siz maliyyə idarəetməsində dəqiqlik, analitik düşüncə və vergi qanunvericiliyi üzrə dərin biliklərə sahibsinizsə, komandamıza qoşularaq strateji layihələrimizin uğuruna töhfə verməyə dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS/IFRS) tətbiq etmək və hesabatlılığı təmin etmək;
  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının tam uçotunu aparmaq və düzgün əks olunmasına nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin tərtibi, hesablaşmaların və ödəniş öhdəliklərinin icrasına nəzarət sistemini qurmaq;
  • Pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin uçotunu aparmaq və onların hərəkətini vaxtında əks etdirmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə və ödəniş intizamına nəzarət etmək;
  • Debitor və kreditor borcların uçotunu aparmaq, üzləşmələri təşkil etmək və nəticələrə nəzarət etmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin dəqiq hesablanmasını təmin etmək;
  • Gəlir və xərclərin uçotunu aparmaq və maliyyə nəticələrinin təhlilini həyata keçirmək;
  • Vergi uçotu üzrə dərin biliklərə əsaslanaraq vergi risklərini müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək;
  • Vergi orqanlarına hesabatların (Vahid bəyannamə, ÖMV, ƏDV və s.) vaxtında və dəqiq hazırlanmasını təmin etmək;
  • Büdcə planlaşdırılması, maliyyə axınlarına nəzarət və rəhbərliyə analitik hesabatların təqdim olunması;
  • Daxili və xarici audit yoxlamaları üçün məlumatların hazırlanması, dövlət qurumları qarşısında şirkətin maraqlarını qorumaq.

Səriştə və kvalifikasiya tələbləri:

Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə);
Təcrübə: İstehsal və xidmət sahələrində minimum 5 il baş mühasib vəzifəsində və ya analoji mövqedə iş təcrübəsi;

Bilik və bacarıqlar:

  • “Mühasibat uçotu haqqında” Qanun və digər normativ-hüquqi aktlar üzrə dərin biliklər;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə tətbiq təcrübəsi;
  • Vergi uçotu üzrə mükəmməl biliklər, Vergi Məcəlləsinin bütün bölmələri ilə işləmək təcrübəsi;
  • Vergi risklərinin idarə olunması və vergi planlaşdırılması bacarıqları;
  • Mühasibatlıq proqramlarında (xüsusilə 1C) sərbəst işləmək;
  • MS Office proqramlarında yüksək səviyyədə bacarıqlar.

Dil bilikləri:

  • Azərbaycan dili – səlis;
  • Rus dili – yazılı və şifahi peşəkar səviyyədə;
  • İngilis dili – biliklər üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə və detallara diqqət;
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Operativlik və məsuliyyətlilik;
  • Şəffaflıq və peşəkarlığa sadiqlik.

İş yeri və əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat);
  • İş şəraiti: Ofis mühiti, normal əmək şəraiti;
  • Ezamiyyət: Tələb olunduqda.

Əmək haqqı və təminatlar:

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq rəqabətədavamlı səviyyədə müəyyən ediləcək;
  • Əlavə inkişaf imkanları təqdim olunur.

Komandamıza qoşularaq əldə edəcəyiniz imkanlar:

  • Peşəkar və dinamik iş mühiti;
  • Davamlı təlim və peşəkar inkişaf perspektivləri;
  • Korporativ idarəetmə və şəffaflığa əsaslanan iş mühiti.

Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily12
  • Weekly621
  • Monthly2483