Merçendayzer

  • Истекает 22 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə tələblər:

  • Tam orta və ya orta ixtisas təhsili 
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi 
  • Təqdimat və müştəri narazılıqlarını effektiv həll etmə bacarığı 
  • Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı 
  • İntizamlı və məsuliyyətli olmaq 

Əsas vəzifə və öhdəliklər:

  • Təyin olunmuş gündəlik marşrut (rut) üzrə satış nöqtələrini ziyarət etmək 
  • Marketlərdə məhsulların rəflərdə mövcudluğunu yoxlamaq və planograma uyğun düzülməsini təmin etmək 
  • Məhsulların son istifadə tarixlərinə və xarici görünüşünə nəzarət etmək 
  • Rəflərdə məhsul qalıqlarını izləmək və çatışmazlıqlar barədə məlumat vermək 
  • Satış nöqtələrində məhsul çeşidinin tamlığını yoxlamaq 
  • Şirkət məhsullarını düzgün şəkildə yerləşdirmək və brend standartlarına uyğun təmsil etmək 
  • POS materialların (reklam materiallarının) düzgün yerləşdirilməsini təmin etmək 
  • Qiymət etiketlərinin düzgünlüyünə və aktuallığına nəzarət etmək 
  • Rəqib məhsulların qiymət və yerləşdirilməsini izləmək (monitorinq aparmaq) 
  • Vitrinlərin və rəflərin fotoşəkillərini çəkərək hesabat təqdim etmək 
  • Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə vaxtında məlumat vermək 
  • Satışın artırılması üçün təkliflər irəli sürmək 
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək 

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün (08:00 – 17:00) 
  • Korporativ mobil nömrə ilə təmin edilir.
  • Əmək haqqı: 700 azn + yol pulu

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Merçendayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər

Əlaqə

  • +994 55 5102202 
  • +994 55 2026102
  • Daily101
  • Weekly568
  • Monthly2277