Namizədə tələblər:
- Tam orta ixtisas;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Təqdimat aparmaq və müştəri narazılıqlarını effektiv şəkildə həll etmək bacarığı;
- Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;
- İntizamlı və məsuliyyətli olmalı;
Əsas vəzifə və öhdəliklər:
- Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək;
- Marketlərdə məhsulların rəflərdə mövcudluğunu yoxlamaq və standartlara uyğun düzülməsində iştirak etmək;
- Qaimə və təhvil-təslim sənədləri ilə işləmək;
- Sifarişlərin qəbul edilməsi və işlənməsi;
- Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət;
- Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək;
- Vitrinlərin fotoşəkillərinin çəkilməsi və hesabat üçün təqdim edilməsi;
- Qiymət dəyişiklərinə nəzarət etmək;
- Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
İş şəraiti:
- 5 günlük iş qrafiki (08:00 – 17:00);
- Korporativ mobil nömrə;
- Əmək haqqı: 700 Azn + (bonus)
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Merçendayzer-ekspeditor” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.