Vəzifə haqqında:
- Satış təmsilçisi şəbəkə marketlərdən sifarişlərin toplanması, məhsulların vaxtında çatdırılmasına nəzarət və təyin olunmuş marşrut üzrə mağazaların ziyarətini həyata keçirir.
Namizədə tələblər:
- Satış sahəsində minimum 3 il iş təcrübəsi
- Yüksək satış bacarıqları
- Müştəri bazasını genişləndirmək bacarığı
- Şəxsi avtomobilinin olması mütləqdir
- Səlis nitq qabiliyyəti
- Ərazini yaxşı tanımaq
- Komandada işləmək bacarığı
Əsas vəzifə və öhdəliklər:
- Şəbəkə marketlərdən sifarişlərin qəbul edilməsi
- Sürücülər tərəfindən məhsulların gündəlik çatdırılmasına nəzarət etmək
- Təyin olunmuş marşrut üzrə mağazaları gündəlik ziyarət etmək
- Mövcud müştərilərlə əlaqələri qurmaq və inkişaf etdirmək
- Aylıq satış planını yerinə yetirmək
- Yeni kampaniyalar barədə müştəriləri məlumatlandırmaq
- Müştəri ehtiyaclarına uyğun təkliflər hazırlamaq
- Satış planlarının icrasını təmin etmək və nəticələri izləmək
- Satışı artırmaq məqsədilə təkliflər vermək
- Görüşlər təşkil etmək və satış hesabatları hazırlamaq
- Məhsullar barədə dolğun məlumatlı olmaq
- Görülən işlər barədə rəhbərliyə düzgün və vaxtında hesabat təqdim etmək
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
- İş qrafiki: həftə içi 5 gün (08:00 – 17:00)
- Net əmək haqqı + aylıq bonus
- Yanacaq və amortizasiya təmin edilir
- Korporativ mobil nömrə ilə təmin edilir
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Satış təmsilçisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.