Tələblər:
- Təhsil: Orta və ya tam ixtisas;
- Sürücülük vəsiqəsi: "BC" kateqoriyası;
- Təcrübə: Yük avtomobillərinin xüsusilə (Ford Transit) idarə olunmasında ən azı 3 il iş təcrübəsi;
- Texniki bilik: Avtomobilin texniki vəziyyəti haqqında təməl biliklər;
- Ərazi bilgisi: Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımalı.
Vəzifələriniz:
- Sifarişlərin təyin olunmuş ünvanlara vaxtında və təhlükəsiz çatdırılması;
- Yükləmə və boşaltma prosesinə nəzarət etmək, malların qorunmasını təmin etmək;
- Pərakəndə mağazalarda vitrin düzəlişlərinə nəzarət
- Daşıma ilə bağlı sənədləşmə işlərində iştirak etmək;
- Nəqliyyat vasitəsinin təmiz və saz vəziyyətdə saxlanılmasına diqqət yetirmək.
İş şəraiti:
- Ünvan: Bakı, Binəqədi rayonu;
- İş qrafiki: Həftə içi 5 gün (08:00 – 17:00);
- Təminat: Korporativ mobil nömrə ilə təmin olunma.
- Əmək haqqı: Sabit əməkhaqqı + Bonus
Maraqlanan namizədlər CV formalarını mövzu hissəsində “Sürücü-ekspeditor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə +994 55 5102202