MJ Finance MJ Finance
  • 1.2K

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 9 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin Baş ofisi və filialları üzrə mühasibat uçotunun təşkili, aparılması və düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Kredit portfeli üzrə uçot məlumatlarının maliyyə hesabatları ilə uzlaşdırılması və yoxlanılması;
  • İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması;
  • Təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsinin təmin edilməsi;
  • Baş ofis və filiallarda mühasibat prosedurlarına, maliyyə və kassa intizamına riayət olunmasına nəzarət;
  • Ödəniş və hesablaşma əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət;
  • Pul vəsaitlərinin, əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin inventarizasiyasının aparılması;
  • Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi;
  • Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi;
  • Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak;
  • Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət;
  • Maliyyə və vergi hesabatları üçün amortizasiya hesablamalarının düzgünlüyünün təmin edilməsi;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumları tərəfindən daxil olan sorğu və hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Peşəkar mühasib sertifikatının (PMS – MHBS) olması mütləqdir;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (bank və ya BOKT sahəsində təcrübə üstünlükdür);
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər;
  • Elektron dövlət portalları ilə işləmək bacarığı;
  • Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
  • Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.

İş barədə məlumat:

  • Əmək haqqı: 2000-2500 AZN
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 09.00-18.00 

CV-lərinizi “Baş mühasib” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly253
  • Monthly940